Biləsuvarda traktorla minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Biləsuvarda traktorla minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
# 03 dekabr 2020 12:31 (UTC +04:00)

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Çaylı kəndi ərazisində rayon sakini C.Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorla Ağayrı kənd sakini Bəxtiyar Baxşıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan B.Baxşıyev və 3 sərnişini xəstəxanaya yerləşdirilsə də sürücü orada ölüb, sərnişinlərə isə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR