Binəqədidə narkotik alverçiləri saxlanılıb

Binəqədidə narkotik alverçiləri saxlanılıb
# 27 may 2020 10:00 (UTC +04:00)

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Rəşad Baxşıyevdən 0, 184 qram heroin, 0,188 marixuana və 17,435 çətənə toxumu aşkar edilib.

Bundan başqa Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər adam öldürməyə məhkum olunan, 1979-cu il təvəllüdlü Elxan Mustafayevdən 2, 039 qram metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR