Bir ailənin 4 üzvünün ölümünə səbəb olan sürücünün istintaqı başa çatıb

Bir ailənin 4 üzvünün ölümünə səbəb olan sürücünün istintaqı başa çatıb
# 13 mart 2021 09:07 (UTC +04:00)

Bakıda bir ailədən 4 nəfərin ölümü səbəb olan yol qəzasını törətməkdə təqsirli bilinən Vüqar Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki,hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. "VAZ-2105" markalı və "BMW" markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2105”in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Həmin avtomobildə olan digər sərnişinlər - 1971-ci il təvəllüdlü Reyhan Sədullayeva və 2014-cü il təvəllüdlü Əli Hümbətov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Həmçinin "BMW"-nin sürücüsü Vüqar Dadaşov da xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR