Bərdə sakinindən 2 kq narkotik götürülüb

Bərdə sakinindən 2 kq narkotik götürülüb
# 14 dekabr 2020 13:54 (UTC +04:00)

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş A.Əhmədov Kürdəmir rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və 1 ədəd bıçaq aşkarlanıb.

Ona məxsus “Priora” markalı avtomobilə baxış zamanı isə oradan 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR