Bərdə sakinindən qumbara götürülüb

Bərdə sakinindən qumbara götürülüb
# 09 mart 2021 12:02 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qumbara aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında mart ayının 8-də polis əməkdaşları tərəfindən Bərdə rayon sakini F. Məmmədova məxsus Türkmən kəndində yerləşən əvvəllər iaşə obyekti kimi fəaliyyət göstərən tikiliyə baxış keçirilib.

Baxış keçirilən zaman oradan 1 ədəd RQ-42 markalı əl qumbarası və 1 ədəd partladıcısı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR