Bərdədə avtomobil oğurlanıb

Bərdədə avtomobil oğurlanıb
# 10 yanvar 2020 13:01 (UTC +04:00)

Bərdədə maşın oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini V.Əliyev yanvarın 9-da saat 21 radələrində “Mercedes” markalı avtomobilinin rayonun Ü.Hacıbəyov küçəsindən qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kələntərli kənd sakini, əvvəllər məhkum olunmuş E.Qasımov həmin gün şəhər ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR