Bərdədə istifadəyə yararsız 70 kq ət aşkar edilib

Bərdədə istifadəyə yararsız 70 kq ət aşkar edilib
  • Clock-gray 12:11
  • calendar-gray 26 May 2020

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, mayın 26-da RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Tərtər rayon sakini A. Əhmədov idarət etdiyi avtomobillə rayonun Divanlı kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 70 kq ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

 

Səlcuq Elçin

Digər xəbərlər