Bərdədə maşın hasara çırpılıb, xəsarət alanlar var - FOTO

Bərdədə maşın hasara çırpılıb, xəsarət alanlar var - FOTO
  • Clock-gray 19:33
  • calendar-gray 26 İyun 2020

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Türkmən kəndində “CHER” markalı, 99 MD 578 dövlət nömrə-nişanlı minik avtomobili idarəetmədən çıxaraq, daş hasara çırpılıb. Nəticədə sürücü və sərnişin ağır bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Habil Aslanoğlu

Digər xəbərlər