Bərdədə məişət əşyaları oğurlayan şəxslər saxlanılıb

Bərdədə məişət əşyaları oğurlayan şəxslər saxlanılıb
# 21 aprel 2021 10:38 (UTC +04:00)

Bir qrup Bərdə rayon sakini mart və aprel aylarında Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus məişət əşyalarının oğurlanması barədə məlumat veriblər.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Bərdə şəhər sakini Ramin Cəfərov və Mingəçevir şəhər sakini Mətləb İsayev olduğu müəyyən edilib. Onların birlikdə məişət əşyaları və su motorları oğurlamaqla zərərçəkmiş şəxslərə 3 min manat civarında ziyan vurduğu məlum olub.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR