Bərdədə yanğın olub, 1 nəfər xəsarət alıb

Bərdədə yanğın olub, 1 nəfər xəsarət alıb
# 11 dekabr 2019 14:34 (UTC +04:00)

Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobasında yanğınla nəticələnən partlama baş verib.

Bu barədə APA-ya FHN-dən bildirilib. Xəbərə görə, yanğın nəticəsində ətrafa dağılmış yanacaq və otağın tavanı qismən yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR