Bu gün Tofiq Yaqublunun azadlığa buraxılmasına dair şikayətə baxılacaq

Bu gün Tofiq Yaqublunun azadlığa buraxılmasına dair şikayətə baxılacaq
# 18 sentyabr 2020 11:57 (UTC +04:00)

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib.

APA-nın xəbərinə görə, bu barədə onun vəkili Aqil Layicov məlumat yayıb.

O bildirib ki, vəsatət Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib. Vəsatətə bu gün baxılacaq.

Qeyd edək ki, T. Yaqublu xuliqanlıqda təqsirli bilinərək Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib.

T. Yaqublu barəsində hökmü qəbul etməyək aclıq edir. O Penitensiar Xidmətin İstintaq Təcridxanasından “City Hospital” köçürülüb.

Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

Şikayət Bakı Apelyasiya Məhkəməsində sentyabrın 28-ə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR