Əfv komissiyasında indiyədək 650-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Əfv komissiyasında indiyədək 650-dən çox müraciətə baxılıb - YENİLƏNİB
# 04 mart 2021 18:30 (UTC +04:00)

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının bu gün növbəti iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

R. Məcid bildirib ki, komissiyanın iclası tam tərkibdə baş tutub: “Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi. Növbəti iclas martın 6-da keçiriləcək”.

Qeyd edək ki, indiyədək komissiya 650-dən çox müraciətə baxıb.

***

09.29

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiya indiyə qədər 550-dən artıq müraciətə baxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR