Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək

Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
# 10 mart 2021 09:03 (UTC +04:00)

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiya indiyə qədər 750-dən artıq müraciətə baxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR