Bu ilin 3 ayında Azərbaycanda 36 nəfər mina və partlamamış hərbi sursatlardan zərər çəkib

Bu ilin 3 ayında Azərbaycanda 36 nəfər mina və partlamamış hərbi sursatlardan zərər çəkib
# 03 aprel 2021 11:54 (UTC +04:00)

2021-ci ilin mart ayında 3 hadisə nəticəsində 8 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyi qeydə alınıb.

Bu barədə APA-ya Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən bildirilib.

Nəticədə iki mülki şəxs həlak olub, biri uşaq olmaqla altı mülki şəxs yaralanıb. 2021-ci ilin mart ayında minalarla bağlı hadisələr Ağdam və Xocavənd rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2021-ci ilin ilk üç ayında 36 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb: "Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR