Bu ilin 9 ayında narkotiklərlə bağlı 3105 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Bu ilin 9 ayında narkotiklərlə bağlı 3105 nəfər cinayət məsuliyyətinə cəlb olunub
  • Clock-gray 17:12
  • calendar-gray 05 Noyabr 2020

Bu ilin 9 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə cinayət məsuliyyətinə 3105 (+487) nəfər cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından daimi fəaliyyət göstərən İşçi Qrupundan APA-ya verilən məlumata görə. onlardan 16-18 yaşadək 4 (- 4) nəfər, 18-25 yaşadək 251 (+42) nəfər, 26-29 yaşadək 526 (+129) nəfər, 30 yaş və ondan yuxarı isə 2308 (+322) nəfər təşkil edir.

Məsuliyyətə cəlb olunanlardan 16-sı (+8) əvvəllər xüsusi qeydiyatda olan, 891-i (+219) əvvəllər cinayət törətmişlər, 2135-i (+308) işləməyən, 3045-i (+514) kişilər, 60-ı (-9) qadınlar, 61-i  (-10) isə xarici ölkə vətəndaşı olub.

 

 

Əsmər Qabil

Digər xəbərlər