Bu ilin 9 ayında narkotiklərlə mübarizə sahəsində 4195 fakt aşkarlanıb

Bu ilin 9 ayında narkotiklərlə mübarizə sahəsində 4195  fakt aşkarlanıb
# 05 noyabr 2020 17:09 (UTC +04:00)

Bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 4195 (+535 və ya 12,8%) fakt aşkar olunub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından daimi fəaliyyət göstərən İşçi Qrupundan APA-ya verilən məlumata görə, onlardan 1507-si (+436) narkotik vasitələrin qanunsuz satışı, 2309-u (+19) narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 317-si (+56)qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 62-si(+24) isə digər cinayətlərlə bağlı olub.

Qeyd olunub ki, aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunan 3 ton 806 kq 356,5 qr (+1 ton 831,7 kq) narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 297 kq 293,6 qr-nı (+ 1 ton 483,4 kq) heroin (60,4%), 848 kq 997,8 q-nı (+163,8 kq) marixuana (22,3%), 267 kq 258,7 qr-nı (+ 19,7 kq) tiryək (7%), 90 kq 377,2 qr-nı (+68,9 kq) həşiş (2,4%), 394 qr-nı (-3,5 kq) kokain (0,01%), 302 kq 035,2 qr-nı (+99,3 kq) psixotrop maddələr və digərləri (7,9%) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR