Bu ilin ilk yarısında Baş Prokurorluğa vətəndaşlardan 442 müraciət daxil olub

Bu ilin ilk yarısında Baş Prokurorluğa vətəndaşlardan 442 müraciət daxil olub
# 15 sentyabr 2020 11:31 (UTC +04:00)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu günün rəqəmi isə “442”-dir.

Belə ki, vətəndaş məmnunluğunun təmini, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış “961 Çağrı Mərkəzi”nə 2020-ci ilin I yarımili ərzində 442 müraciət qeydə alınmışdır.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR