Bulvarda dənizə düşən şəxs xilas edilib

Bulvarda dənizə düşən şəxs xilas edilib
# 26 dekabr 2020 17:53 (UTC +04:00)

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR