Cəbrayıl polisi narkotik satan qadını tutub - FOTO

Cəbrayıl polisi narkotik satan qadını tutub - FOTO
  • Clock-gray 11:38
  • calendar-gray 15 Mart 2021

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum edilmişlər Şahlar Məmmədov və Gülşən Qasımova saxlanılıblar.

Polis şöbəsində aparılan şəxsi axtarış zamanı G.Qasımovanın əlindəki çantadan 1 kiloqramdan artıq marixuana, 100 qramdan artıq metamfetamin, üzərindən isə heroin, Ş.Məmmədovdan da heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər