Cəbrayıl polisi tərəfindən narkotacir qardaşlar saxlanılıb

Cəbrayıl polisi tərəfindən narkotacir qardaşlar saxlanılıb
  • Clock-gray 09:36
  • calendar-gray 18 Yanvar 2021

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı sakinləri olan iki qardaş saxlanılıb.

Onların olduğu avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu Biləcəri qəsəbə sakinləri Elnur Möhbəliyev və qardaşı Əzim Möhbəliyev sonuncunun idarə etdiyi “Opel “ markalı avtomobildə saxlanılıblar. Polis şöbəsində həmin avtomobilə keçirilən baxış zamanı yük yerindən 3 ədəd polietilen bağlamada ümumi çəkisi 4 kiloqram 100 qram olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.  

Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Digər xəbərlər