Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
# 24 fevral 2021 11:31 (UTC +04:00)

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığısilah-sursatın aşkar edilməsi istiqamətində tədbirlərdavam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 10 ədəd müxtəlif tipli qumbaraatanlar və onlara məxsus 6 ədəd mərmi, 6 ədəd AK-74 avtomatı, 1 ədəd RPK pulemyotu, 4 ədəd müxtəlif markalı snayper tüfəngləri, 150-dən çox avtomat sandığı, ümumi sayı 10 mindən artıq müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR