Cəbrayılda işğaldan azad edilmiş əraziyə keçməyə cəhd göstərən şəxslər saxlanılıb - FOTO

Cəbrayılda işğaldan azad edilmiş əraziyə keçməyə cəhd göstərən şəxslər saxlanılıb - FOTO
  • Clock-gray 10:24
  • calendar-gray 29 Mart 2021

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu “Mercedes” markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Səlcuq Elçin

Digər xəbərlər