Cəbrayılda komendant postunda avtomobildən qumbara alışdırıcıları götürülüb

Cəbrayılda komendant postunda avtomobildən qumbara alışdırıcıları götürülüb
  • Clock-gray 13:21
  • calendar-gray 18 Noyabr 2020

Cəbrayılda postda saxlanılan avtomobildən qumbara alışdırıcıları götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 15-də saat 17 radələrində Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun girişində quraşdırılan komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb. Baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.

R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Sail Ağasəlim

Digər xəbərlər