Cəlilabad sakini yük maşınının altında qalaraq ölüb

Cəlilabad sakini yük maşınının altında qalaraq ölüb
  • Clock-gray 13:24
  • calendar-gray 18 İyul 2020

İyulun 17-də saat 11 radələrində Cəlilabad rayonunun Təklə kəndi ərazisində kənd sakini F. Mirzəyev “QAZ-53” markalı avtomobili idarə edərkən avtomobilin çöl hissəsindəki ayaqaltıda dayanmış qohumu Sübhan Babayev yıxılaraq nəqliyyat vasitəsinin altında qalıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Babayev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər