Cəlilabad sakinindən 11 kq narkotik götürülüb

Cəlilabad sakinindən 11 kq narkotik götürülüb
# 11 yanvar 2021 13:03 (UTC +04:00)

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini E.Xudiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 11 kiloqram 275 qram heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR