Cəlilabad və Biləsuvarda Bakı sakinləridən 11 kq-dan çox qədər narkotik vasitə götürülüb

Cəlilabad və Biləsuvarda Bakı sakinləridən 11 kq-dan çox qədər narkotik vasitə götürülüb
# 06 mart 2021 12:40 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları külli miqdarda narkotik vasitə aşkarlayıb.

Daxidi İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini Q.Əliyevin idarə etdiyi “Nexia” markalı avtomobilə baxış zamanı sərnişini, Bakı şəhər sakini R.Əliyevə məxsus 4 kiloqram 670 qram heroin, 2 kiloqram 870 qram həşiş və 270 qram metamfetamin aşkar edilərək götürülüb.

Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Bakı şəhər sakini A.Feyzullayevin idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı ona və sərnişini A.Nəsirova məxsus 3 kiloqram 230 qram heroin aşkar edilərək götürülmüşdür

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR