Cəlilabadda "UAZ" dərəyə aşıb, ölən var

Cəlilabadda "UAZ" dərəyə aşıb, ölən var
  • Clock-gray 12:14
  • calendar-gray 04 İyun 2020

Cəlillabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Daxili işlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 3-də saat 14 radələrində Cəlilabad rayonunun Buravar kəndi ərazisində kənd sakini Sahib Şahmarov idarə etdiyi “UAZ” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobili dərəyə aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər