Cəlilabadda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Cəlilabadda avtomobil aşıb, ölən və xəsarət alanlar var
# 17 yanvar 2021 23:09 (UTC +04:00)

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Alar kəndi ərazisində "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Avtoqəza nəticəsində bir nəfər dünyasını dəyişib, xəsarət alan 3 nəfər isə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Hazırda xəsarət alanların və ölənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR