Cəlilabadda avtomobil aşıb, sürücünün həyat yoldaşı ölüb

Cəlilabadda avtomobil aşıb, sürücünün həyat yoldaşı ölüb
# 08 dekabr 2019 11:55 (UTC +04:00)

Cəlilabadda qəza nəticəsində sürücünün həyat yoldaşı dünyasını dəyişib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Cəlilabad-Boyaxanlı avtomobil yolunda baş verib.

Rayonun Adnalı kənd sakini Bağır Məhəmmədhüseyn oğlu Şirəliyev "Niva" markalı avtomobillə Cəlilabad istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Könül Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Bədən sümüklərinin çoxsaylı sınığı və travmatik şok diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Xuraman Şirəliyeva dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydasını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR