Cəlilabadda avtomobil qəzasında ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabadda avtomobil qəzasında ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
# 15 yanvar 2020 21:29 (UTC +04:00)

Cəlilabadda baş vermiş yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, bu, Salyan rayon sakini, 1960-cı il təvəllüdlü Ağarəhim Kamil oğlu Məmmədovdur.

***

Saat 20:24

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza köhnə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"Ford" markalı yük maşını ilə "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Qəza zamanı yaralanan Şəki sakini, 1974-cü il təvəllüdlü Gültəkin Əyyub qızı Bədəlova və Bakı sakini, 1975-ci il təvəllüdlü Yaşar Ərəb oğlu Tahirov təcili tibbi yardım maşınlarının köməyilə daha yaxın olan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR