Cəlilabadda avtomobildən 2,5 kq heroin tapılıb

Cəlilabadda avtomobildən 2,5 kq heroin tapılıb
# 11 dekabr 2019 12:43 (UTC +04:00)

Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da Muğan kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynovun idarə etdiyi “VAZ-21015” markalı avtomobildən 2 kiloqram 630 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR