Cəlilabadda ikimərtəbəli evdə yanğın olub

Cəlilabadda ikimərtəbəli evdə yanğın olub
# 17 sentyabr 2020 20:14 (UTC +04:00)

Cəlilabad rayonunun Suluçeşmə kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 320 kv/m olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR