Cəlilabadda kafedə qumarxana təşkil edənlər tutulub

Cəlilabadda kafedə qumarxana təşkil edənlər tutulub
# 25 dekabr 2020 12:29 (UTC +04:00)

Cəlilabadda karantik qaydalarını pozan kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində şəhər sakini H.Rzayevin özünə məxsus “Okean” kafesində 10 nəfərin iştirakı ilə qumarxana təşkil etməsi müəyyən edilib.

H.Rzayev saxlanılıb, digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci, 333-cü və 525-ci maddələri ilə inzibati protokollar tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR