Cəlilabadda meyiti tapılan şəxsin kimliyi məlum olub

Cəlilabadda meyiti tapılan şəxsin kimliyi məlum olub
# 26 may 2020 11:57 (UTC +04:00)

Cəlilabadda meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, dünən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin taxıl sahəsinin kənarında meyiti tapılan şəxsin Göytəpə şəhər sakini, 1963-cü il təvəllüdlü Tacəddin Ağalar oğlu Kərimov olduğu müəyyən edilib.

Meyit tapılarkən üzərində xəsarət əlamətləri olmayıb. Onun yüksək dozalı narkotik qəbul etdikdən sonra öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR