Cəlilabadda qanunsuz ov edən şəxsdən sənədsiz tüfəng götürülüb

Cəlilabadda qanunsuz ov edən şəxsdən sənədsiz tüfəng götürülüb
# 25 yanvar 2020 14:55 (UTC +04:00)

Cəlilabadda qanunsuz silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Günəşli kəndi ərazisində qanunsuz ov edən kənd sakini Ş. Hüseynov saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR