Cəlilabadda qaynının evindən 80 min manatlıq oğurluq edən şəxs saxlanılıb - YENİLƏNİB

Cəlilabadda qaynının evindən 80 min manatlıq oğurluq edən şəxs saxlanılıb    - YENİLƏNİB
# 02 aprel 2020 13:34 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayının 4-də rayonun Mirzəli kəndi ərazisində yaşayan S.Nuriyevanın evindən 1.200.000 rubl (31.800 manat), 19.500 ABŞ dolları və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin İbayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, o, ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirilib ki, E.İbayevin oğurluq etdiyi mənzil qaynına məxsus olub.

Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət işi başlanılıb. E.İbayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

***

31 mart

12.58

Cəlilabad rayonunda mənzildən 70 min manatdan çox pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1.200.000 rubl (31.800 manat), 19.500 ABŞ dolları (33.150 manat) və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İbayev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR