Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib

Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib
# 22 yanvar 2021 19:08 (UTC +04:00)

Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qətl hadisəsi rayonun Uzuntəpə kəndində baş verib. Qədirağa Mirzəyev adlı şəxs həyat yoldaşı Yəmən Mirzəyevanı küt alətlə qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

Qətli törətməkdə şübhəli bilinən Q. Mirzəyevin ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR