Cəlilabadda yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə araşdırma aparılır

Cəlilabadda yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə araşdırma aparılır
# 15 dekabr 2020 10:46 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad rayon sakini sakini İ.İsazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o tibbi prosedurlar gözlənilməklə saxlanılaraq yaşadığı ünvana geri qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR