Cəzaçəkmə müəssisələrində koronavirusla bağlı Monitorinq Qrupu yaradılıb

Cəzaçəkmə müəssisələrində koronavirusla bağlı Monitorinq Qrupu yaradılıb
# 07 aprel 2020 10:38 (UTC +04:00)

Ədliyyə Nazirliyində koronavirusla bağlı cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün Monitorinq Qrupu yaradılıb.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib. O bildirib ki, qrup üzvləri xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara baş çəkib: "Məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır. Hərarəti olan şəxslər daxili karantinə götürülüb. Müəssisələrdə daxili karantinlər də yaradılıb. Bu günə qədər heç bir müəssisədə koronavirus aşkaredilməyib".

Ə. Nuriyev bildirib ki, qrup tərəfindən məhkumların ərzaq keyfiyyətinin monitorinqi də mütəmadi olaraq aparılıb: "Ərzağın keyfiyyətinin yetərincə olması yoxlanılıb. Müəssisələrdə sanitar-gigiyenik qaydalar nəzarətdə saxlanılır. Məhbuslara kənardan ərzaqların gətirilməsi dayandırılıb. Bundan başqa, Ədliyyə Nazirliyində bu məsələ ilə bağlı xüsusi Operativ Qərargah yaradılıb. Hər gün iki dəfə müəssisələrdəki vəziyyət barədə məlumat alınır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR