DİN: 25 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

DİN: 25 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb
# 24 dekabr 2020 09:41 (UTC +04:00)

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 23-də respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 23-ü yaşadıqları evə qaytarılıb, ağır xəstə olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR