DİN: 38 nəfər koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb

DİN: 38 nəfər koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb
  • Clock-gray 10:09
  • calendar-gray 21 Dekabr 2020

COVID-19 infeksiyasına yoluxan aktiv koronavirus xəstələrinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına qarşı mübarizə tədbirləri davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 19-20-də respublikamızın ərazisində 38 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, onlardan 35 nəfər evə qaytarılıb, 3 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib. 

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 26 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər