DİN Arif Hacılının polisə çağırıldığı barədə məlumata münasibət bildirib

DİN Arif Hacılının polisə çağırıldığı barədə məlumata münasibət bildirib
# 18 fevral 2021 11:41 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Müsavat başqanı Arif Hacılının polisə çağırılması barədə məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Arif Hacılı polis orqanlarına dəvət edilməyib: "Arif Hacılı xüsusi karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində Yasamal rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilib. Həmin protokol onun yaşadığı ünvana göndəriləcək”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında polisə dəvət olunduğunu yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR