DİN "Azenco"nun direktorunun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

DİN "Azenco"nun direktorunun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb
# 28 iyul 2020 12:20 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda "Azenco" MMC-nin direktorunun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov idarə etdiyi “Nissan” markalı avtomobili aşırmış və hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenco" ASC-nin direktorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR