DİN Fransa vətəndaşının ölümü ilə nəticələnən qəza haqda məlumat yayıb

DİN Fransa vətəndaşının ölümü ilə nəticələnən  qəza haqda məlumat yayıb
# 10 mart 2021 11:27 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda Fransa vətəndaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, martın 9-da saat 17 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri T.Vəliyevanın idarə etdiyi “Peugeot” və R.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də T.Vəliyevanın sərnişinləri - 10 yaşlı qızı Selin Maria və 7 yaşlı oğlu Rafael Nadim xəstəxanaya yerləşdirilib, oğlu orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı qəzaya düşən ailə Fransa vətəndaşlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR