DİN Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb

DİN Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb
# 02 dekabr 2020 13:18 (UTC +04:00)

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Atbulaq qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Bəylərov idarə etdiyi “KİA” markalı avtomobili yol ayırıcısına vurub, nəticədə sərnişini olan arvadı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR