DİN İTV-də polisin fəaliyyətini tənqid edən materiala münasibət bildirib

DİN İTV-də polisin fəaliyyətini tənqid edən materiala münasibət bildirib
# 25 fevral 2021 12:53 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) "İctimai" televiziyada polisin fəaliyyətini tənqid edən materiala münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də “İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər: "Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən “İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk. O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən “İctimai” televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR