DİN Mingəçevirdə qadının qarət olunması ilə bağlı məlumatlara aydınlıq gətirib - YENİLƏNİB

DİN Mingəçevirdə qadının qarət olunması ilə bağlı məlumatlara aydınlıq gətirib - YENİLƏNİB
# 16 yanvar 2020 12:30 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə zəhərlənən qadının qarət olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, 2019-cu ilin sentyabr ayında Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edən Səidə Qurbanova yaşadığı mənzildən əşyalarının qardaşı tərəfindən oğurlanması ilə bağlı məlumat verib. Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində aparılan araşdırma zamanı həmin evdə olan əşyalar S.Qurbanovanın qardaşı və anası tərəfindən Bərdə rayonunda yaşayan qohumlarının evinə aparıldığı, əmlak üstündə həmin şəxslərin ailəsində münaqişə olduğu müəyyən olunub.

Qardaşı isə onları oğurlamadığını, əşyaların anasına məxsus olduğunu iddia edib.

Tərəflərə əmlakın bölgüsünün müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmələri barədə hüquqları izah edilib.

***

15 yanvar, saat 22:25

Mingəçevirdə evində oğurluq baş verən qadın eyni zamanda dərmandan zəhərlənib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Texniki Rezin Məmulatları zavodunun arxasındakı bağ massivinin 3-cü küçəsində yerləşən fərdi təsərrüfatda baş verib.

Evində oğrluq hadisəsi baş verdiyi səbəbindən sarsıntı keçirən 1974-cü il təvəllüdlü ev sahibi Səidə Qurbanova normadan artıq dərman preparatı qəbul edərək zəhərlənib. Zəhərlənən qadın xəstəxanaya yerləşdirilib.

Əldə edilən məlumata görə, xarici ölkələrdən birindən evinə dönən xanım evinin naməlum şəxslər tərəfindən qarət olunduğunu görüb. Evdən qiymətli və zinət əşyalarının oğurlandığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR