DİN: Postlardan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi geri qaytarılıb

DİN: Postlardan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi geri qaytarılıb
# 14 yanvar 2021 11:30 (UTC +04:00)

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 13-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR