DİN Saatlıda oğulun anasını güllələməsi faktı ilə bağlı məlumat yayıb

DİN Saatlıda oğulun anasını güllələməsi faktı ilə bağlı məlumat yayıb
# 20 iyul 2020 12:27 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Saatlıda oğulun anasını ehtiyatsızlıqdan güllələməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 18-də Saatlı rayonunun Kamallı kəndində yaşayan əvvəllər məhkum olunmuş R.Qənbərovun evinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşin (qırma) anası Tavuz Fərman qızına dəyməsi və onun aldığı xəsarətdən hadisə yerində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

R.Qənbərov saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü maddəsi (Ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR