DİN Şəkidə baş verən qətllə bağlı məlumat yayıb

DİN Şəkidə baş verən qətllə bağlı məlumat yayıb
# 30 yanvar 2020 12:35 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Şəkidə baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, yanvarın 29-da saat 20 radələrində Şəki Şəhər Roayon Polis Şöbəsinə yaşayış olmayan bir evin həyətində şəhər sakini, əvvəllər məhkum olunmuş Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini O.Yusifli və onun qohumu A.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR